Nokia 225 - Şəxsi məzmunu telefonunuzdan silmək

background image

Şəxsi məzmunu telefonunuzdan silmək

Əgər yeni telefonu alırsınızsa və ya hazırkı cihazınızı utilizasiya etmək və ya təkrar dövr etdirmək

istəyirsinizsə, şəxsi məlumatlarınızı və məzmunu bu qaydada silə bilərsiniz.
Şəxsi məzmunu telefonunuzdan silərkən məzmunu telefonun yaddaşından yoxsa SIM kartdan

sildiyinizə diqqət yetirin.
1. Bütün mesajlarınızı silmək üçün Menyu > Mesajlar > Seçimlər > Daha çox sil > Seçimlər > Hamısını

seç seçin.

2. Bütün kontaktlarınızı silmək üçün Menyu > Kontaktlar > Seçimlər > Kontaktları sil > Seçimlər >

Hamısını seç seçin.

3. Bütün zəng məlumatlarını silmək üçün Menyu > Zng tarxçsi > Zəng jurn-ı təmizlə > Bütün

zənglər seçin.

4. Şəxsi məzmununuzun tamamilə silindiyini yoxlayın.
Yaddaş kartında saxlanılan məzmun və məlumat silinmir.
Telefonunuzdan bütün məzmunu silmək və ilkin parametrləri bərpa etmək

Telefonunuzu ilkin parametrlərinə bərpa etmək və bütün məlumatlarınızı silmək üçün iş masasında

*#7370# daxil edin.