SIM, batareyanı və yaddaș kartını daxil etmək
Batareya və SIM kartı, yaddaș kartını daxil etməyi öyrənin.
Mühüm: Bu cihaz standart SIM kart ilə (şəklə bax) istifadə üçün nəzərdə tutulub. Uyğun olmayan
SIM kartlardan istifadə kart və yaı cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat
pozula bilər. Mini-UICC küncü olan SIM kartdan istifadəyə dair mobil operatorunuza müraciət
edin.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
4
Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan
məlumat pozula bilər.
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik
enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə
verilən qapaqla saxlayın və istifadə edin.
1. Telefonu üst künclərindən tutun və digər əlinizin baș barmağı ilə arxa qapağın mərkəzini basın və
qapağı ehtiyatla çıxarın.
2. Əgər batareya telefonun daxilindədirsə, onu qaldırıb çıxardın.
3. SIM kartı kontakt sahəsini așağı olmaqla içəri basın.
4. Batareya kontaktlarını tapın və batareyanı içəri qoyun.
5. Yaddaș kartını slotuna yerini tutana qədər basın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
5
Mühüm: Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun edilməsi yaddaş
kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.
6. Arxa qapağı yerinə taxın.
Yaddaș kartını çıxardın
Arxa qapağı açın və yaddaș kartı boșalana kimi onu basın.
Telefonunuzu yandırın
Enerji düyməsini basıb saxlayın.